İslamiada: Orxan qızıl, Rafiq gümüş, Murad və Rəsul bürünc medal qazandı!

09:50 18-05-2017
İslamiada: Orxan qızıl, Rafiq gümüş, Murad və Rəsul bürünc medal qazandı!

SM: Paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Arenasında güləş yarışlarına start verilib. Yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparır.

Yarışların ilk günündə yunan-Roma güləşi üzrə 59, 71, 80 və 98 kq çəki dərəcəsində idmançılar mübarizə aparıb. Güləşçilərimiz ilk yarış gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Qızıl medalı yığmamıza 98 kq çəkidə yarışan Orxan Nuriyev qazandırıb. Rafiq Hüseynov (80 kq) gümüş medala yiyələnib. Bürünc medalları isə Murad Məmmədov (59 kq) və Rəsul Çunayev (71 kq) qazanıb.


.
.
.
0.34255313873291