Yaşar Vahabzadə: "Rəqib çox əzmkar oyun nümayiş etdirdi"

16:10 18-05-2017
Yaşar Vahabzadə: "Rəqib çox əzmkar oyun nümayiş etdirdi"

SM: Bu sözləri 23 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vahabzadə IV İslam Həmrəyli Oyunlarının yarımfinal mərhələsində Əlcəzair yığmasına qalib gələrək finala çıxdıqları matçdan (2:0) sonra deyib."Oyundan öncə də bilirdik ki, çətin olacaq. Rəqib çox əzmkar oyun nümayiş etdirdi. Bizim uşaqlar sağ olsunlar. Ən yaxşı oyunlarımızıdan birini keçirdik".O, jurnalistlərin hakim ədalətsizliyi və futbolçularımızın intizamsızlığı haqda sualı ilə razılaşmayıb: "Kobudluğu Əlcəzair futbolçuları da edirdi. İki epizodda qırmızı vərəqə almalı idilər. Hakimliyə gəlincə, məgər rəqib bizə qol vurdu, referi saymadı?"

Y.Vahabzadə Azərbaycan yığmasının turnir ərzində qol buraxmamasına da münasibət bildirib: “Meydanda komanda şəklində müdafiə olunuruq. Quru seriyada təkcə qapıçı və müdafiəçilər rol oynamır. İstərdik ki, finalda da qapımızda top görməyək. Ümid edirəm ki, finalda daha çox azarkeş olacaq”.

Qeyd edək ki, Azərbaycan millisi mayın 21-də keçiriləcək final görüşündə Kamerun - Oman matçının qalibi ilə qarşılaşacaq. (Qol.az)


.
.
.
0.43009495735168