İslamiada: Millimizin rəqibi məlum oldu!

11:00 20-05-2017
İslamiada: Millimizin rəqibi məlum oldu!

SM: IV İslam Həmrəyliyi Oyunlarında kişi voleybolçuların yarışında qrup mərhələsi başa çatıb. Son oyun günündə A və B qruplarının hərəsində iki oyun keçirilib.
A qrupunda mübarizə Türkiyə ilə Fələstin komandalarının görüşündə “ay-ulduzlular” rahat qələbə qazanıblar – 3:0 (25:15, 25:8, 25:6).
Qrupun digər oyununda isə Türkmənistan və Pakistan milliləri qarşılaşıblar. Matç Pakistanın 3:1 hesablı qələbəsi ilə başa çatıb – 22:25, 22:25, 26:24, 21:25.
Bu nəticələrdən sonra qrupdakı son sıralama da müəyyənləşib. Millimiz liderliyi daha əvvəldən təmin etmişdisə, Türkiyə yığması ikinci yerin sahibi kimi yarımfinala yüksəlib.
B qrupunun ilk oyununda Mərakeş Qətərdən üstün olub – 3:1 (25:18, 25:22, 21:25, 25:18). Əlcəzair də Səudiyyə Ərəbistanını eyni hesabla məyus edib – 3:1 (25:21, 25:16, 20:25, 25:18).
Turnurun yarımfinalında Azərbaycan Əlcəzairlə, Türkiyə İsə İranla qarşılaşacaq.


.
.
.
0.35325288772583