İslamiada: Sərbəst güləşçilərimiz 2 qızıl və 1 gümüş medal qazandı!

09:00 20-05-2017
İslamiada: Sərbəst güləşçilərimiz 2 qızıl və 1 gümüş medal qazandı!

SM: Paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Arenasında güləş yarışları davam edir. Yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparır.

Güləş yarışlarının üçüncü günündə 57, 65, 74 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər yarışıb. Güləşçilərimiz günü 2 qızıl və 1 gümüş medalla başa vurub. Qızıl medalları yığmamıza 57 kq-da mübarizə aparan Mahir Əmiraslanov və 97 kq çəkidə yarışan Nurməhəmməd Hacıyev qazandırıb. 65 kq çəkidə yarışan Məhəmməd Müslümov isə gümüş medalla kifayətlənib.


.
.
.
0.35204315185547