Kişi voleybolçularımız İslamiadanın finalında!

09:09 21-05-2017
Kişi voleybolçularımız İslamiadanın finalında!

SM: Bu gün İslam Həmrəyliyi Oyunlarında kişi voleybolçuların yarışında yarımfinal oyunları keçirilib.
A qrupunu lider olaraq bitirən yığma komandamız B qrupunun ikincisi Əlcəzairlə üz-üzə gəlib və 3:1 (28:26, 25:21, 20:25, 25:21) hesablı qələbəyə sevinib.
Digər yarımfinal görüşündə isə A qrupunun ikincisi Türkiyə digər qrupun qalibi İrana 2:3 hesabı ilə məğlub olub.

Beləliklə, bu gün Azərbaycan millisi finalda İranla üz-üzə gələcək.


.
.
.
0.3626549243927