Son gündə 8 çəkidə qadın güləşçilər yarışır!

11:11 21-05-2017
Son gündə 8 çəkidə qadın güləşçilər yarışır!

SM: Paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Arenasında güləş yarışları davam edir. Yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparır.

Güləş yarışlarının son günündə 48, 53, 55, 58, 60, 63, 69 və 75 kq çəki dərəcələrində qadın güləşçilər arasında qaliblər müəyyənləşir.

53 kq-da mübarizə aparan Leyla Qurbanova hər iki görüşü qələbə ilə başa vurub və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.


.
.
.
0.32673907279968