"Hər kəsi təbrik edirəm, gözəl final matçı izlədik" - Elxan Məmmədov

13:00 22-05-2017
"Hər kəsi təbrik edirəm, gözəl final matçı izlədik" - Elxan Məmmədov

SM: Bunu AFFA-nın baş katibi Elxan Məmmədov "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Omanı 2:1 hesabı ilə məğlub edərək, qızıl medal qazandığı final görüşündən sonra deyib. Milli assosiasiya rəsmisi futbolçularını milliyə buraxan klublara təşəkkürünü bildirib: "Hər kəsi təbrik edirəm, gözəl final matçı izlədik, ilk hissədə daha rahat oynayırdıq, sonra komandamız təzyiq altına düşərək, axıra yaxın oyuna nəzarəti itirmişdi. Buna baxmayaraq, qızıl medalları qazandıq. Bütün futbolçuları və məşqçilər heyətini təbrik edirəm. Fürsətdən istifadə edərək, bütün klublarımıza da "çox sağ olun" demək istərdim. Çünki mövsümün sonu olmasına baxmayaraq, martın sonlarından etibarən futbolçularını milliyə buraxdılar. Təlim-məşq toplanışlarını da, hazırlıq işlərini də yaxşı görə bildik. Komandamız da gözəl nəticə göstərdi".

Baş katib İslamiada çempionluğu münasibətilə yığma üzvlərinin AFFA tərəfindən də mükafatlandırılacaqlarını açıqlayıb:

"Təbii ki, AFFA da mükafat verəcək. Amma ilk növbədə, mükafatlandırma dövlət tərəfindən olacaq, sonra isə AFFA-dan. Komandaya söz vermişdik ki, yaxşı nəticə göstərsək, finala çıxsaq, sonra isə qızıl medalları qazansaq, öz tərəfimizdən də mükafat olacaq. Məbləği açıqlamaq istəmirəm. Gəlin, qızıl medaldan həzz alaq".

Mənbə: spornet.az


.
.
.
0.3255729675293