"Futbolçularımız hesabı qorumaq üçün əzmkarlıq göstərdilər"

13:33 22-05-2017
"Futbolçularımız hesabı qorumaq üçün əzmkarlıq göstərdilər"

SM: Bunu 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Yaşar Vahabzadə IV İslam Həmrəyli Oyunlarının final matçında Omar yığması üzərində 2:1 hesablı qələbədən sonra söyləyib.
57 yaşlı mütəxəssis qarşılaşmadan sonra təşkil edilən mətbuat konfansında jurnalistlərin suallarını da cavablandırıb.
"Uşaqlar ilk hissədə 2 qol vurandan sorna bir az boşaldılar. Lakin onlar hiss edirdilər ki, oyunu udmaq lazımdır".
- Üstünlüyü əldən verəcəyinizdən qorxmurdunuz?
- Qorxu hissi var idi. Futbolçularımız hesabı qorumaq üçün əzmkarlıq göstərdilər.

- İslamiadadakı bu uğuru Azərbaycan futbolunun ən böyük nailiyyəti adlandırmaq olar?
- Bu gün adlandırmaq olar. Lakin gələcəkdə daha da yaxşı nəticələr ola bilər.

- Hər bir əsgər general olmaq istəyir. Siz necə, əsas milli komandaya rəhbərlik etmək istərdiniz?
- Məndə elə bir iddia olmayıb. Hansı sahəni həvalə edirlərsə, özümü doğrultmağa çalışıram.

- İslamiadanın səviyyəsi sizi qane edir?
- Əlbəttə.

- Hansı oyunçunu turnirin ən yaxşısı adlandırardınız?
- Futbol kollektiv oyundur. Hər bir oyunçu bacardığı qədər komandaya kömək göstərməyə çalışdı.

- Hansı oyun daha çox çətin keçdi?
- Final oyununu deyərdim. Çünki təzyiq çox idi. (Report)


.
.
.
0.41339683532715