Azərbaycan İslam Həmrəyliyi Oyunlarının qalibi oldu!

14:10 22-05-2017
Azərbaycan İslam Həmrəyliyi Oyunlarının qalibi oldu!

SM: Azərbaycan millisi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Hazırda medal sıralamasında 1-ci pillədə qərarlaşan ölkəmiz bugünkü nəticələrindən asılı olmayaraq, ilk yeri özü üçün təmin edib.

Azərbaycanın hesabında 155 medal var. Bunlardan 75-i qızıl, 46-sı gümüş, 33-ü bürüncdü. Yığmamızın ən yaxın izləyisi olan Türkiyənin 68 qızıl, 63 gümüş və 54 bürünc medalı var.

Bu gün cəmi 11 medal uğrunda yarışlar keçiriləcək. Türklər 11 finaldan yalnız 5-də iştirak edəcək. Bu isə o deməkdi ki, "ay-ulduzlular" Azərbaycana çata bilməz.


.
.
.
0.34267091751099