İslamiada başa çatdı, Azərbaycan medal sıralamasında birinci oldu!

17:53 22-05-2017
İslamiada başa çatdı, Azərbaycan medal sıralamasında birinci oldu!

SM: İlk yarış günlərində ən çox qızıl medal qazanan Türkiyə komandasının hegemonluğuna Azərbaycan idmançıları son qoya bildi: mayın 21-də İslam Oyunlarının futbol turnirində Oman üzərində qalib gələn ev sahibləri aktivlərinə ən yüksək əyarlı 75-ci medalı yazdılar.

Həmin vaxt Türkiyə atletlərinin qazandığı qızıl medalların sayı 68 idi. Onlar bu gün tennis və uşu yarışlarında fəxri kürsünün zirvəsinə qalxmaqla fərqi 4-ə endirdilər.

Təşkilatçı ölkənin təmsilçiləri isə son yarış gününü qızıl medalsız başa çatdırdılar. Baxmayaraq ki, bunun üçün əla imkana malik idilər.

Lakin Azərbaycanın uşuda finala çıxan əlbəyaxa döyüş ustalarının hər üçü uduzaraq gümüşlə kifayətləndilər.

Əvəzində İran komandası qızıl medalların sayını 39-a çatdırmaqla “Bakı-2017”ni üçüncü pillədə yekunlaşdırdılar.

İlk beşlikdə qərarlaşan digər iki komandaya gəlincə, bunlar Özbəkistan (15 qızıl) və Bəhreyn (12 qızıl) atletləridir.


.
.
.
0.39951300621033