Futzal turniri keçiriləcək!

11:11 24-05-2017
Futzal turniri keçiriləcək!

SM: Mayın 24-dən 27-dək “Olimpik Star” İdman Kompleksində AFFA-nın dəstəyi ilə Əlillər Futbolu Federasiyası tərəfindən eşitməqüsurlu əlillər arasında “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş futzal turniri keçiriləcək. Turnirdə 6 komanda – “Şimşək”, “Birlik”, “Zirvə”, “Ümid”, “Bakı”, “Azəri” – mübarizə aparacaq. Mayın 24-də, saat 10:30-da turnirin açılış mərasimi, saat 11:00-da isə “Şimşək” və “Birlik” komandaları arasında ilk oyunu keçiriləcək.


.
.
.
0.32098388671875