Millimiz 2-ci oyunda da çexlərə uduzdu!

10:30 09-06-2017
Millimiz 2-ci oyunda da çexlərə uduzdu!

SM: Avstriyada təlim-məşq toplanışında olan 21 yaşlılardan ibarət milli komandamız növbəti yoldaşlıq oyunu keçirib. Komandamız bu dəfə də çexiyalı həmyaşıdları ilə üz-üzə gəliblər.

21-ci dəqiqədə Mahir Mədətov yığmamızı hesabda önə keçirib. Yaşar Vahabzadənin yetirmələri ilk hissəni 1:0 hesabıyla öndə başa vursalar da, üstünlüyü sonadək qoruyub saxlaya bilməyiblər. 84 və 86-cı dəqiqədə 2 qol vuran çexlər 2:1 hesabı ilə qalib gəliblər. Meydan sahiblərinin heyətində Haşek və Şevçik fərqlənib.

Xatırladaq ki, komandamız ilk oyunda Çexiya millisinə 0:5 hesabıyla uduzmuşdu.


.
.
.
0.43926906585693