Maykl Onil: "Azərbaycan yığması da sabahkı matça daha yaxşı hazırlaşıb"

13:00 10-06-2017
Maykl Onil: "Azərbaycan yığması da sabahkı matça daha yaxşı hazırlaşıb"

SM: Şimali İrlandiya millisinin baş məşqçisi Maykl Onil DÇ-2018-in seçmə mərhələsində sabah yığmamızla keçiriləcək oyun üçün təşkil olunan mətuat konfransında fikirlərini bölüşüb.

"Azərbaycanın bütün oyunlarına baxmışıq. Düşünürəm ki, Prosineçki millini yaxşı hazırlaşdırıb. Azərbaycan millisi Almaniya ilə oyunda 30-35 dəqiqə yaxşı oyun sərgilədi. Ümid edirik ki, sabah o cür oynamayacaqlar".

- Yerli mətbuata açıqlamanızda Riçard Almeydanın adını xüsusi qeyd etmişdiniz. Ondan çəkinirsiniz?
- Almeydanın klubundakı oyunlarını izləmişik. Ancaq Şimali İrlandiya yığmasının üzvləri də Premyer Liqada çıxış edirlər. Onlar braziliyalı futbolçuya qarşı mübarizə aparacaq gücdədilər.

- Hava şəraitinin sizə çətinlik yarada biləcəyini vurğulamışdınız. Havanın isti olması sizin üçün nə dərəcədə problem yarada bilər?
- Hava yaxşıdır, sərindir. Türkiyədə eyni hava şəraiti olduğu üçün bunun bizə problem yaradacağına inanmıram.

- Belfastdakı oyunu Bakıda da göstərə biləcəksinizmi?
- Sabahkı matçda fiziki və taktiki hazırlıq çox önəmli olacaq. Belfastdakı görüşdə qol buraxmadan qələbə qazandıq. Bakıda da bunu təkrarlaya bilərik. Amma Azərbaycan yığması da sabahkı matça daha yaxşı hazırlaşıb. Onlar da qrup ikinciliyi üçün yarışırlar.

- Azərbaycan millisinin hansı mövqeyini daha güclü hesab edirsiniz?
- Təkcə Almeyda haqda danışmağım digərlərinə hörmətsizlik olar. Bundan başqa, Dmitri Nazarov, Ramil Şeydayev, Ruslan Qurbanov, Rahid Əmirquliyevin adını qeyd edə bilərəm. Azərbaycan klublarının avrokubok matçlarını izləmişik. “Qarabağ”ın iki il əvvəl Çempionlar Liqasında “Seltik”lə görüşünə baxmışam. Yaxşı mübarizə aparmışdılar. Avrokubok təcrübəsi futbolçular üçün müsbət haldır.


.
.
.
0.31073307991028