Prosineçki: "Futbolda belə hallar olur"

10:33 11-06-2017
Prosineçki: "Futbolda belə hallar olur"

SM: 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş Azərbaycan – Şimali İrlandiya oyunundan millimizin baş məşqçisi Prosineçki bunları deyib: “Çox danışmaq istəmirəm. Futbolda belə hallar olur. Bir komanda oynadı, digəri qələbə qazandı. Yəqin komandadan razı qalarsınız. Uşaqlar baxımlı oyun sərgilədi. Bu gün 70 faiz top bizdə idi. Çox az səhv etdik. Yalnız son dəqiqədə səhvə yol verdik və qol buraxdıq. 4 real qol şansımız var idi. Namiqi yıxdılar, hakim təhlükəli mövqedən cərimə zərbəsi vermədi. Mən komandamdan razı qaldım”.


.
.
.
0.44491910934448