Maykl Onil: "Əsas qol vurmaq idi ki, bunu da bacardıq"

11:10 11-06-2017
Maykl Onil: "Əsas qol vurmaq idi ki, bunu da bacardıq"

SM: 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş Azərbaycan – Şimali İrlandiya oyunundan sonra qonaqların baş məşqçisi bunları deyib: “Çətin oyun oldu. Yaxşı komandaya qarşı çıxış etdik. Əsas qol vurmaq idi ki, bunu da bacardıq. Bəzi oyunçularımız müxtəlif səbəblərdən olmasa da, lazımi nəticəni əldə edə bildik. Qrupda lider Almaniya yığmasıdır. Bizim məqsədimiz ikinci yeri tutmaqdır. Bizim üçün hava şəraiti böyük rol oynadı. Avropa çempionatındakı heyətdən bu gün 7 nəfər yox idi. Bu üzdən bizim üçün əsas nəticə idi. Buna da nail olduq”.


.
.
.
0.33484888076782