"Qəbələ" "Stubay Cup"da qüvvəsini sınadı!

11:30 19-06-2017
"Qəbələ" "Stubay Cup"da qüvvəsini sınadı!

SM: Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” hazırlıq çərçivəsində mini turnirdə iştirak edib. “Qırmızı-qaralar” Avstriyanın “Vakker” və Bolqarıstanın MOİK klubları ilə birlikdə “Stubay Cup”da qüvvəsini sınayıb. "Qəbələ" hər oyunu 45 dəqiqəlik bir hissədən ibarət olan turnirdə ilk matçı “Vakker”ə qarşı keçirib. Bu qarşılaşmada Avstriya təmsilçisi qalib gəlib – 1:0. “Vakker” klubunun futbolçuları MOİK-lə oyunda 1:3 hesabı ilə məğlub olub. Turnirin son görüşündə isə “Qəbələ” Sofiya təmsilçisi ilə qarşılaşıb. Bu matçda da qələbə qazanan Bolqarıstan klubu turnirin qalibi olub. 4-cü dəqiqədə hesabı açan MOİK final fiti ərəfəsində hesabı artırmağa nail olub. 2:0 hesablı qələbə qazanan sofiyalılar turniri 6 xalla başa vurub.


.
.
.
0.55906987190247