GAÇ-2017: ikinci yarış günündə 2 qızıl və 1 gümüş medal!

10:03 29-06-2017
GAÇ-2017: ikinci yarış günündə 2 qızıl və 1 gümüş medal!

SM: Almaniyanın Dortmund şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Güləşçilərimiz ilk yarış günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. Əli Rəhimzadə (60 kq) qızıl, Şahin Muxtarov (50 kq) gümüş, Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) isə bürünc medal əldə edib.
Yarışların ikinci günündə 55, 66, 84 və 120 kq çəki dərəcəsində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 2 qızıl və 1 gümüş medalla başa vurub.
55 kq çəkidə yarışan Əfqan Xaşalov ardıcıl olaraq İsveçrə, Ermənistan və Moldovadan olan rəqiblərini üstələyərək adını finala yazdırıb. Keçirdiyi görüşlərdə rəqiblərinə bir xal da verməyən güləşçimiz onlardan 34 xal ala bilib. Həlledici görüşdə Əfqanın rəqibi Bolqarıstan idmançısı olub. Tam üstünlüklə rəqibini məğlub edən güləşçimiz Avropa çempionatının qızıl medalına sahib olub.
66 kq-da mübarizə aparan Mahal Novruzov da finala qədər inamla güləşib. Güləşçimiz ardıcıl olaraq Estoniya, Ukrayna və Bolqarıstandan olan rəqiblərini tam üstünlüklə məğlub edib. Komanda yoldaşı kimi o da rəqiblərinə xal verməyib və ümumilikdə 32 xal qazanıb. Final görüşündə Mahalın rəqibi Rusiya idmançısına uduzub və çempionatın gümüş medalına yiyələnib.
84 kq çəkidə yarışan Hacımurad Məhəmmədsəidov da adını finala yazdırıb. Təmsilçimiz ardıcıl olaraq İtaliya, Gürcüstan və Ermənistandan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə Hacımurad Rusiya idmançısına da qalib gəlib və çempionatın qızıl medalını qazanıb.


.
.
.
0.34108090400696