"İnter" - "Mladost" matçını ukraynalı hakimlər idarə edəcək!

13:48 01-07-2017
"İnter" - "Mladost" matçını ukraynalı hakimlər idarə edəcək!

SM: Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "İnter" - "Mladost" matçını idarə edəcək hakimləri bəlli olub. Bakıda baş tutacaq qarşılaşmada ədaləti ukraynalı hakimlər qoruyacaq. Belə ki, matçın baş hakimi Nikolay Balakin olacaq. Ona həmyerliləri - Vladimir Bolodin və Aleksandr Korniko köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Anatoli Xavçenko yerinə yetirəcək.
Qeyd edək ki, "İnter" - "Mladost" oyunu iyulun 6-da "Dalğa Arena"da keçiriləcək. Matç saat 21:00-da başlayacaq.


.
.
.
2.5293660163879