Sərbəst güləşçilər beşqat Dünya çempionunun xatirə turnirində iştirak edəcək!

15:15 05-07-2017
Sərbəst güləşçilər beşqat Dünya çempionunun xatirə turnirində iştirak edəcək!

SM: 7-8 iyul 2017-ci il tarixdə Rusiya Federasiyası Dağıstan Respublikasının Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 48-ci beynəlxalq turnir keçiriləcək.

Turnirdə baş məşqçi Firdovsi Umudov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında yığma komandanın 16 üzvünün iştirak etməsi planlaşdırılıb. Heyətdə Georgi Edişeraşvili, Mahir Əmiraslanov, Mircəlal Həsənzadə, Pərviz İbrahimov (hamısı 57 kq), Qalib Əliyev, Əhmədnəbi Qvarzatilov (hər ikisi 61 kq), Coşqun Əzimov, Məhəmməd Müslümov, Ağahüseyn Mustafayev (hamısı 65 kq), Murtuz Müslümov, Ruslan Dibirhacıyev, Hacımurad Ömərov (hamısı 70 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev, Murad Süleymanov (hər ikisi 86 kq) və Aslanbek Alborov (97 kq) yer alıb.

Yarışın proqramına əsasən, ilk gündə 57, 65, 74 və 97 kq, ikinci yarış günündə isə 61, 70, 86 və 125 kq çəkidə güləşçilər mübarizə aparacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Rövşən Azadov təmsil edəcək.


.
.
.
0.33051490783691