"Cütün taleyinə aydınlıq gəlməyib"-"Differdanj"ın baş məşqçisi

12:18 06-07-2017
"Cütün taleyinə aydınlıq gəlməyib"-"Differdanj"ın baş məşqçisi

SM: Bu sözlər Lüksemburqun “Differdanj” klubunun baş məşqçisi Paskal Karzaniqaya məxsusdur. Belçikalı çalışdırıcı Avropa Liqasının I təsnifat mərhələsində təmsilçimiz "Zirə" ilə cavab oyunu öncəsi deyib. Karzaniqa evdə daha güclü olduqlarını vurğulayıb: “Biz “Barselona” deyilik, amma “Zirə” də PSJ səviyyəsində rəqib deyil. İlk oyunda məğlub olsaq da cütün taleyinə aydınlıq gəlməyib. Şanslarımız var və vəziyyəti öz xeyrimizə dəyişə bilərik. Düzdür, bunu etmək asan deyil, ancaq biz “Differdanj”ıq, biz evdə daha güclü çıxış edirik. Səfərdəki oyunda "Zirə" haqda məlumatımız yox idi. Bakıdakı görüşdə onların hücumda yaxşı oynadıqlarını gördük. Xüsusilə Kervan Belfor, Qabriel Manqa və Riçard Qadze çox yaxşı futbolçulardır, çox sürətlidirlər. Bununla belə, bu komandaya iki qol vurmaq gücündəyik. Hücumda məhsuldar, müdafiədə etibarlı oynamalıyıq”.


.
.
.
0.5971348285675