"Zirə" və "İnter" növbəti mərhələdə!

09:09 07-07-2017
"Zirə" və "İnter" növbəti mərhələdə!

SM: UEFA Avropa Liqası turnirinin ilkin təsnifat mərhələsində çıxış edən hər iki Azərbaycan təmsilçisi – “İnter” və “Zirə” – ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb.“Dalğa Arena”da Serbiyanın “Mladost” klubu ilə qarşılaşan “İnter” qələbə qazanıb – 2:0. “Zirə” isə səfər oyununda Lüksemburqun “Differdanj” komandasının vurduğu 1 qola 2 qolla cavab verib.
Bu cütlüklərin ilk oyununda “İnter” səfərdə 3, “Zirə” isə 2 cavabsız qolla qalib gəlmişdi.
UEFA Avropa Liqası turnirinin ikinci təsnifat mərhələsində “İnter” Lüksemburqun “Fola”, “Zirə” isə Rumıniyanın “Astra” komandası ilə qarşılaşacaq.


.
.
.
0.59089803695679