“Araz”ın rəqibləri müəyyənləşib!

09:30 07-07-2017
“Araz”ın rəqibləri müəyyənləşib!

SM: Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun əsas mərhələsinin püşkatması keçirilib. Püşkün nəticəsinə əsasən, turnirdəki təmsilçimiz “Araz” “Deva” (Rumıniya), E və F qruplarının qalibi ilə 8-ci qrupda mübarizə aparacaq. Bu qrupun oyunları oktyabrın 10-dan 15-dək Rumıniyada keçiriləcək.
Qeyd edək ki, E qrupunda “Flamurtari” (Albaniya), “Mostar” (Bosniya və Herseqovina), “Arnavutköy Bələdiyyəspor” (Türkiyə) və “Narva Yunayted” (Estoniya), F qrupunda “Anorthosis” (Kipr), “Klassik” (Moldova), “Leo” (Ermənistan), “Wrexham” (Uels) komandaları qüvvəsini sınayacaq. Əgər “Leo” F qrupunun qalibi olarsa, bu komanda mübarizəni 5-ci qrupda davam etdirəcək.


.
.
.
6.708606004715