Yığmamız turnirdə son oyununda darmadağın oldu!

17:33 07-07-2017
Yığmamız turnirdə son oyununda darmadağın oldu!

SM: Estoniyanın paytaxtı Tallində təşkil olunmuş UEFA İnkişaf Turnirində 18 yaşadək qızlardan ibarət Azərbaycan yığması son oyununu keçirib. Finlandiyalı həmyaşıdları ilə qarşılaşan futbolçularımız 0:5 hesabı ilə məğlub olub.
Xatırladaq ki, turnirin ilk oyununda yığmamız Malta komandasına 1:2 hesabı ilə məğlub olmuş, ikinci qarşılaşmada isə Estoniya yığmasına qalib gəlmişdi – 4:1.


.
.
.
0.36624693870544