Seyidovdan yubiley qolu!

11:30 13-07-2017
Seyidovdan yubiley qolu!

SM: UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Luksemburq “Fola”sı ilə ilk matç “İnter”in avrokuboklarda keçirdiyi 31-ci qarşılaşma oldu. Futbolinfo.az xəbər verir ki, bakılılar bu görüşdə 14-cü qələbəsini qazandılar.
Digər 17 qarşılaşmadan 9-u bərabərliklə nəticələnibsə, 7-də də rəqiblər qalib gəlib.
Mirhüseyn Seyidovun vurduğu yeganə qol isə “göy-ağlar”ın avrokuboklarda vurduğu 40-cı qol kimi tarixə düşdü. Yarımmüdafiəçi həmçinin, avrokuboklarda vurduğu qolların sayını 2-yə çatdırıb. O, ilk dəfə 2014-cü ildə məhz AL-in 2-ci təsnifat mərhələsində səfərdə Sloveniya “Koper”ini məyus etmişdi, amma "Neftçi"nin heyətində.
“İnter”in uğuru həm də klublarmızın avrokuboklarda Luksemburq təmsilçiləri üzərində 5-ci görüşdə 4-cü qələbəsidi. Daha əvvəl ötən mövsüm ÇL-də “Qarabağ” “Düdelanj”ı (2:0, 1:1), cari mövsüm isə “Zirə” “Differdanj”ı (2:0, 2:1) üstələmişdi.


.
.
.
0.2995069026947