"Polşadakı matç həlledici olacaq" Mamrot

15:21 13-07-2017
"Polşadakı matç həlledici olacaq" Mamrot

SM: “Qəbələ” ilə oyun öncəsi Polşanın “Yagelloniya” klubunun baş məşqçisi İreniuş Mamrot mətbuat konfransında görüş barədə fikirlərini bildirib. Mütəxəssisin fikrincə, onları Bakıda çətin oyun gözləyir. Sitat."Fərdi olaraq komanda çox güclüdür. Filip Ozobiçlə Araz Abdullayevi xüsusilə qeyd edərdim. Yaxşı baş məşqçiləri var. Mərkəz müdafiəçiləri barədə xoş söz deyə bilərəm. Rəqibin cəmi 3 matçını izləmişəm. Təəssüf ki, "Qəbələ" mübarizəyə I təsnifat mərhələsindən başlamadı. Belə olsaydı, onlar barədə daha çox məlumat toplayardıq.  Oyuna gəldikdə isə onu deyə bilərəm ki, fikrimcə, Polşadakı matç həlledici olacaq. Eyni səviyyəli komandalar üz-üzə gəldiyi üçün bir görüşdə məsələnin həll olunacağını düşünmürəm. Az hallarda belə olur".


.
.
.