Filip Ozobiç: "İkinci oyunda bütün suallara aydınlıq gələcək"

12:44 14-07-2017
Filip Ozobiç: "İkinci oyunda bütün suallara aydınlıq gələcək"

SM: Bu sözləri "Qəbələ"nin futbolçusu Filip Ozobiç deyib: "Cütün taleyi hələ açıq alıb. İkinci oyunda bütün suallara aydınlıq gələcək. Maraqlı görüş alındı. Daha yaxşı oynaya və qələbə qazana bilərdik. Amma alınmadı. Çalışacağıq ki, ikinci oyunda daha yaxşı oynayaq və növbəti mərhələyə adlamağı bacaraq."

Ozobiç komandasının ilk hissədə zəif oynamasına belə münasibət bildirib: "Düzdü, ilk hissədə yaxşı oynamadıq. Demək olar ki, üstünlük rəib tərəfdə idi. Amma fasilədə danışdıq, söz verdik ki, ikinci hissədə daha yaxşı oynayaq. Başlayan kimi qol da vurduq".

Yarımmüdafiəçi komandaya cəlb olunan yeni transferlər haqda danışıb: "Hamısı yaxı oyunçulardı. Sadəcə, ilk matçlarına çıxırdırlar, uyğunlşma baxımından kiçik problemləri ola bilər. İkinci oyunda daha yaxşı oynayacaqlarını düşünürəm".

Təcrübəli futbolçu komandasının mərhələ keçmək şanslarınə dəyərləndirib: "Əlbəttə, mərhələ keçmək üçün şansımız var. Polşadakı oyunda ilk qolu vurmaq bizim üçün üstünlük olacaq və bu üstünlüyü qorusaq, növbəti mərhələyə adlayacağıq. Bunu çox istəyirik".


.
.
.
0.61943316459656