"İnter" "Qalatasaray"la qarşılaşa bilər!

15:23 14-07-2017
"İnter" "Qalatasaray"la qarşılaşa bilər!

SM:Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirildi. Püşkatma zamanı Azərbaycan klublarından “Qəbələ”, “İnter” və “Zirə”nin də mümkün rəqibləri müəyyənləşdi. “Qəbələ” – “Yagelloniya” cütünün qalibi “Panatinaikos”la (Yunanıstan) ilə üz-üzə gələcək. “Zirə“ “Astra” səddini keçərsə, “Aleksandriya” (Ukrayna) ilə münasibətlərini ayırd edəcək. “İnter” – “Fola” cütündə mərhələ adlayacaq klub isə “Ostersun” (İsveç) - “Qalatasaray” (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandaların ilk oyunuda isveçlilər qalib gəlib – 2:0.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab matçları avqustun 3-də keçiriləcək.


.
.
.
0.333251953125