Dmitri Nazarov klubu ilə yeni müqavilə imzalayıb!

13:00 15-07-2017
Dmitri Nazarov klubu ilə yeni müqavilə imzalayıb!

SM: Almaniyanın “Aue” klubu millimizin üzvü Dmitri Nazarovla müqaviləni yeniləyib. Bu barədə klubunun rəsmi "Tvitter" səhifəsi xəbər yayıb. 27 yaşlı yarımmüdafiəçinin müqavilə müddətinin 2021-ci ilin iyununa qədər olduğu bildirilir. Nazarovun II Bundesliqa təmsilçisi ilə əvvəlki müqaviləsi 2018-ci ilin yayına qədər idi.
Qeyd edək ki, Nazarov ötən mövsüm "Aue"nin heyətində 9 qol vurub.


.
.
.
0.50467610359192