"Qəbələ" Varşava hazırlığına yekun vurdu!

13:31 19-07-2017
"Qəbələ" Varşava hazırlığına yekun vurdu!

SM: UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Yagelloniya” ilə cavab oyununa Polşada hazırlaşan “Qəbələ” Varşavadan Belostoka yollanıb. İyulun 16-dan Polşa paytaxtında hazırlıq keçən “qırmızı-qaralar” dünən günün ilk yarısında məşq edib. Futbolçular toplu və topsuz təmrinləri yerinə yetiriblər. Hazırlıq prosesi “Drukarz” klubunun stadionunda baş tutub. Günün ikinci yarısında isə “Qəbələ” oyunun keçiriləcəyi Belostoka yollanıb. “Qırmızı-qaralar” “İbis otel”də məskunlaşıb. Bu gün "Qəbələ" matçın baş tutacağı Belostok şəhər stadionunda oyunöncəsi son məşqinə çıxacaq.
Xatırladaq ki, iyulun 20-də keçiriləcək “Yagelloniya” – “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.


.
.
.
1.0334188938141