Ayxan Abbasov: "Bizi çətin oyun gözləyir"

11:00 20-07-2017
Ayxan Abbasov: "Bizi çətin oyun gözləyir"

SM: Bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov deyib. Qəsəbə təmsilçisi Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində öz meydanından Rumıniya “Astra”sı ilə qarşılaşacaq. Sabah baş tutacaq oyundan öncə mətbuat konfransı keçirən çalışdırıcı fikirlərini bildirib:”3:1 hesabı ilə geridəyik. Amma öz azarkeşlərimizin dəstəyi, komandamız sayəsində bunun öhdəsindən gələcəyik”.

- Belə oyunlarda əsas yük baş məşqçinin üzərinə düşür. Necə düşünürsünüz, komandanız oyuna hazırdı?

- Düz qeyd etdiniz. Mən də başa düşürəm ki, bizə qol lazımdır. Amma qol vurmaq üçün irəli atılmaq düzgün deyil. İlk qolu biz vursaq, yaxşı olacaq. “Astra” ilə səfər oyunundan sonra futbolçularla danışdım və onlara ruhdan düşməməyi tapşırdım. Komanda ilə bu günlərdə də danışıq aparmışam. İnanıram ki, öhdəsindən gələcəyik.

- Rəqib ilk oyunda standart vəziyyətlər sayəsində qələbə qazandı. Buna çarə tapmısınızmı?

- Futbolda “bacarmıram” söhbəti yoxdur. Bəli, “Astra” ilk oyunda standart vəziyyətərdən yaxşı oynadı. Səhvlər etdik və bunları bağışlamadılar. Sabahkı oyun üçün standart vəziyyətlər üzərində də çalışmışıq. Qış fasiləsində yoxlama oyunlarında standart vəziyyətlərdən qollar buraxdıq və zamanla səhvlərimizi aradan qaldıra bildik, gördük ki, istədiyimiz şeylərin öhdəsindən gələ bilirik. Yəqin ki, sabahkı oyunda səhvlər etməyəcəyik.

- İki top fərqini aradan qaldırmağı real görürsünüzmü?

- “Astra” yaxşı komandadı. Düşünürəm ki, “Astra” keçilməz rəqib deyil. Daha güclü komanda rəqibimiz olsaydı, etiraf edərdim ki, mərhələ keçmək çətindi. Amma indiki məqamda şansımız var. Düşünürəm ki, iki top fərqini aradan qaldıracağıq


.
.
.