Qurban Qurbanov: "Meydanda ən yaxşısını etməyə çalışacağıq"

18:24 21-07-2017
Qurban Qurbanov: "Meydanda ən yaxşısını etməyə çalışacağıq"

SM: "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində rəqibləri olacaq "Şerif"i dəyərləndirib: "Şerif” uzun müddətli Avropa təcrübəsinə malik bir komandadır. Rəqibimiz demək olar ki,  hər mövsüm avrokuboklarda mübarizə aparır. Komandanın heyətində çoxlu legionerlər yer alır və heyəti yeniləyiblər. Bu da onu göstərir ki,  “Şerif” bu mövsümə olduqca ciddi hazırlaşır.  Komandaya italiyalı baş məşqçi rəhbərlik edir və adətən belə komandalar yüksək nizam-intizama malik olurlar. Bizi heç də asan olmayan iki oyun gözləyir.  Amma nəticə qazanmaq üçün meydanda ən yaxşısını etməyə çalışacağıq”.


.
.
.
0.52441382408142