Güləşçimiz dünya çempionatının finalında erməni rəqibini məğlub etdi!

11:11 02-08-2017
Güləşçimiz dünya çempionatının finalında erməni rəqibini məğlub etdi!

SM: Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı start götürüb.
İlk yarış günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində sərbəst güləşçilər yarışıb. Yığmamız günü 1 qızıl medalla başa vurub.
50 kq çəki dərcəsində mübarizə aparan Şahin Muxtarov bütün rəqiblərini məğlub edərək qızıl medal və gənclərin Dünya çempionu titulunu qazanıb. Güləşçimiz finala qədər ardıcıl olaraq Kanada, Qırğızıstan və Rusiya idmançılarını üstələyib. Həlledici görüşdə Ermənistan təmsilçisi ilə qarşılaşan Şahin yüksək əzmkarlıq nümayiş etdirərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.


.
.
.
0.33023810386658