Qurban Qurbanov: "Şansımızdan istifadə etməyə çalışacağıq"

14:46 04-08-2017
Qurban Qurbanov: "Şansımızdan istifadə etməyə çalışacağıq"

SM: “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubuyla qarşılaşacaq. Komandanın baş məşqçisi Qurban Qurbanov püşk haqda fikirlərini bildirib:
“5 potensial rəqibimizin hər biri ilə qarşılaşmağı gözləyirdik, bu baxımdan “Kopenhagen” də istisna deyildi. Rəqibimizin gücü bəllidir, vaxtımız azdır, istənilən halda şansımız var və şansımızdan istifadə etməyə çalışacağıq. Buna baxmayaraq, rəqibi analiz edib oyuna maksimum şəkildə hazırlaşacağıq”.


.
.
.
0.43362593650818