"Ardanı milliyə qaytarmağa çalışacam" - Luçesku

10:00 05-08-2017
"Ardanı milliyə qaytarmağa çalışacam" - Luçesku

SM: Türkiyə millisinin yeni baş məşqçisi Mirça Luçesku Arda Turan barədə açıqlama verib. "Millinin Ardaya, Ardanın da yığmaya ehtiyacı var. Arda ilə görüşəcəm və ona zəng edəcəm. Ümid edirəm ki, Ardanı yığmaya qayıtmağa razı salacam".

Qeyd edək ki, A. Turan Makedoniya ilə yoldaşlıq görüşündən sonra təyyarədə jurnalist Bilal Meşeyə hücum edərək onu ağır formada təhqir etdiyi üçün millinin düşərgəsindən kənarlaşdırılmışdı. Bundan sonra o, yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.


.
.
.
0.37793707847595