GDÇ-2017: Namaz Rüstəmov bürünc medal qazanıb!

11:16 07-08-2017
GDÇ-2017: Namaz Rüstəmov bürünc medal qazanıb!

SM: Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı başa çatıb. Yunan-Roma güləşçilərinin ilk yarış günündə Nəsir Həsənov (74 kq) bürünc medal qazanıb. Son yarış günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.

66 kq çəkidə mübarizə aparan Namaz Rüstəmov Macarıstan və Özbəkistandan olan rəqiblərinə qalib gəlsə də, 1/4 final görüşünü uduzub. Onun rəqibi finala yüksəldiyindən güləşçimiz təsəlliverici görüşlərə qatılıb. Ukrayna idmançısına qalib gələn Namaz Rüstəmov bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə onun rəqibi Türkiyə idmançısı olub. Gərgin keçən qarşılaşmada hesab bərabər olsa da qaydalara əsasən son xalı Namaz qazandığı üçün bürünc medalın sahibi olub.


.
.
.
0.32586812973022