"Kəpəz" - "Zirə" matçının stadionu müəyyənləşib!

19:19 15-08-2017
"Kəpəz" - "Zirə" matçının stadionu müəyyənləşib!

SM: Gəncənin "Kəpəz" komandası Azərbaycan Premyer Liqasının II turunda "Zirə"ni qəbul edəcəyi stadionu müəyyənləşdirib. Bu barədə Report-a "Kəpəz"in baş məşqçisi Şahin Diniyev məlumat verib.

Onun sözlərinə görə, oyun Tovuz şəhər stadionunda təşkil olunacaq. Avqustun 20-də keçiriləcək qarşılaşmanın başlama saatı hələlik açıqlanmır.

Qeyd edək ki, "Kəpəz" Gəncə şəhər stadionunun ot örtüyünün təmiri ilə əlaqədar ilk dövrədə rəqiblərini öz meydanında qəbul edə bilməyəcək.


.
.
.
0.58112478256226