Qurban Qurbanov: "Bu gün futbolçularımız və azarkeşlərimiz alqışalayiq idilər"

10:10 16-08-2017
Qurban Qurbanov: "Bu gün futbolçularımız və azarkeşlərimiz alqışalayiq idilər"

SM: Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Kopenhagen"i qəbul edən "Qarabağ" 1:0 hesablı qələbə qazanıb. Qarşılaşmadan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qələbəni şərh edib:

"Bu gün futbolçularımız və azarkeşlərimiz alqışalayiq idilər. Tam nəticəyə oynayan komanda və yaxşı azarkeşlərimiz var idi. Oyundan öncə də bildirmişdim ki, “Kopenhagen”ə qarşı oynamaq çətin olacaq və belə də oldu.

Bir neçə şansımız olsa da, istifdə edə bilmədik. Düşünürəm ki, bu qələbə son nəticə deyil. Çünki “Kopenhagen” öz meydanında mükəmməl futbol oynayır. Bizi çətin 90 dəqiqə gözləyir. Çalıçacağıq ki, səfərdən başıyuxarı dönək".

"Çempionlar Liqasının himnini eşitmək Qurban Qurbanov üçün necə hissdi?" sualına mütəxəssisin cavab belə olub:

"Özümdən çox, sizlərin bu himni eşitməsini istəyirdim. Mən də duyğulandım. Bu gün Çempionlar Liqasında mübarizə apardığımızı tam hiss etdik. Şad oldum ki, həmin himni Azərbaycanda eşitdilər, bütün azarkeşlə oyundan həzz aldılar".


.
.
.
0.65246987342834