Gerrye: "Böyük oyunda qalib gəldik"

12:33 16-08-2017
Gerrye: "Böyük oyunda qalib gəldik"

SM: Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Kopenhagen"i 1:0 hesabı ilə məğlub edən “Qarabağ”ın üzvü Donald Gerrye oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. - Böyük oyunda qalib gəldik. Düşünürəm ki, layiqli qələbə qazandıq. Qarşıda cavab oyunu var və həmin matça ciddi hazırlaşmalıyıq.

- Danimarkada və ya Skandinaviya klublarına qarşı oynamısan?

- Onu xatırlayıram ki, “Malmö”yə qarşı oynamışam. Ancaq onlar bizi mübarizədən kənarlaşdırmışdı. Həmin oyun uğursuz olmuşdu.

- Oyun ərzində çox vaxt xəsislik edirsən və ötürmə etmirsən. Bunun səbəbi nədir?

- Bunun xüsusi səbəbi yoxdur. Epizodlardan asılıdır. Bəzən ötürmə verirəm, bəzən isə qapıya zərbə endirirəm. Hər şey oyunun gedişinə görə baş verir.

- Rəqib futbolçular “Qarabağ”ın oyunçularını təxribata çəkərək hakim tərəfindən cəzalanmağınıza çalışırdılar. Hətta sən də “Kopenhagen”li futbolçu ilə gərgin an yaşadın...

- Futbolda baş verən normal hadisələrdir. Mən bunları normal qarşılayıram. Çalışıram ki, rəqibin təxribatına uymayım. Mən bura böyük uğurlar üçün gəlmişəm.


.
.
.
0.34758400917053