Namiq Abdullayev: "Komanda üzvlərinin əhval-ruhiyyəsi yaxşıdır"

18:00 16-08-2017
Namiq Abdullayev: "Komanda üzvlərinin əhval-ruhiyyəsi yaxşıdır"

SM: Avqustun 21-dən 26-dək Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək.

Yığma komandaların Olimpiya Güləş Mərkəzində baş tutan mətbuat üçün açıq məşqində Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri Elçin Cəfərov və Namiq Abdullayevin iştirakı ilə dünya çempionatına yollanacaq komandaların heyəti açıqlanıb.

Daha sonra mətbuat nümayəndələri üçün brifinq keçirilib.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev güləşçilərimizdən yüksək əyarlı medallar gözlədiklərini bildirib:

“Hazırlıqlar yüksək səviyyədə keçib. Komanda üzvlərinin əhval-ruhiyyəsi yaxşıdır. Ümid edirəm ki, hər zaman olduğu kimi güləşçilərimiz yüksək əyarlı medallar qazanacaqlar. Bunun üçün hər cür şərait yaradılıb. Güləşçilər də məşqlərdə səylə çalışıblar. İnanıram ki, bunun bəhrəsini görəcəklər.”


.
.
.
0.34987878799438