“Kopenhagen” - “Qarabağ” matçının hakimləri bəlli oldu

13:25 21-08-2017
“Kopenhagen” - “Qarabağ” matçının hakimləri bəlli oldu

 

SM: UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la Danimarka “Kopenhagen”i arasında keçiriləcək cavab matçının təyinatları açıqlanıb. Sportmedia.az xəbər verir ki, avqustun 23-də keçiriləcək görüşü ispaniyalı hakimlər idarə edəcək. Matçın baş hakimi məşhur Alberto Undiano Malyenko olacaq. Ona həmyerliləri Roberto Alonso və Raul Kabanyero kömək edəcək.


Əlavə hakim köməkçiləri Alexandro Enandeslə Xose Sançes olacaq. Dördüncü hakim funksiyasını Dieqo Barbero yerinə yetirəcək.

Matçın hakim-inspektoru italiyalı Alfredo Trentalanqe, UEFA nümayəndəsi şotlandiyalı Alan Makri olacaq.


.
.
.