Avropanın ən yaxşı futbolçusu müəyyənləşdi

21:49 24-08-2017
Avropanın ən yaxşı futbolçusu müəyyənləşdi

Avropanın ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Sportmedia.az xəbər verir ki, Monakoda keçirilən Çempionlar Liqasının püşkatma mərasimində, həm də ötən mövsümün ən yaxşı oyunçusu müəyyənləşib. Turnirin son qalibi “Real”ın (Madrid) hücumçusu Kriştiano Ronaldo keçən il olduğu kimi, yenə bütün rəqiblərini qabaqlayıb.
O, “Barselona”nın futbolçusu Lionel Messi və “Yuventus”un kapitanı Canluici Buffonla mübarizədə üstün olaraq, Avropada 2016/2017 mövsümünün ən yaxşı futbolçusu seçilib.
Qeyd edək ki, 32 yaşlı ulduz futbolçu karyerasında 3-cü dəfə bu mükafatı qazanıb.


.
.
.
0.67195606231689