Əmrə Mor La Liqa yolunda

01:49 25-08-2017
Əmrə Mor La Liqa yolunda

İspaniyanın “Selta” (Viqo) klubu Əmrə Mora heyətinə qatmaq niyyətindədir.
Sportmedia.az xəbər verir ki, bu haqda “NTV Spor” məlumat yayıb.
Futbolçu ilə klub arasında danışıqların getdiyi bildirilir. İspaniya təmsilçisi türk futbolçu üçün “Borussiya”ya (Dortmund) 13 milyon avro ödəməyə hazırdı. Mor “Selta”ya transfer olarsa, ildə 2 milyon avro qazanacaq.


.
.
.
0.3546998500824