“Barselona”dan sürpriz Arda Turan qərarı

14:42 25-08-2017
“Barselona”dan sürpriz Arda Turan qərarı

İspaniyanın “Barselona” klubu Arda Turanla bağlı gözlənilməz qərar verib.
Sportmedia.az xəbər verir ki, bu haqda “Sport” məlumat yayıb.
Bildirilir ki, “kataloniyalılar” türk futbolçunu heç bir transfer məbləği tələb etmədən komandadan göndərmək qərarına gəlib. Klub Turanla müqaviləni qarşılıqlı razılıq əsasında ləğv etmək niyyətindədir.
Qeyd edək ki, yarımmüdafiəçinin “Barselona” ilə 2020-ci ilə qədər müqaviləsi var.


.
.
.
0.31066298484802