“Qalatasaray”ın yeni transfer hədəfi

16:32 25-08-2017
“Qalatasaray”ın yeni transfer hədəfi

Vacib transferləri ilə mövsümə yaxşı start verən “Qalatasaray” Milan “İnter”inin ulduz futbolçusu Stevan Jovetiç üçün təklif göndərməyə hazırlaşır.
Sportmedia.az xəbər verir ki, bu haqda Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, “Cim Bom” albaniyalı hücumçu üçün 7 milyon avro ödəməyə hazırdı. İtaliya təmsilçisi isə keçən mövsüm 13.5 milyon avro qarşılığında heyətinə qatdığı və mövsümün ikinci hissəsində “Sevilya”ya icarəyə göndərdiyi oyunçu üçün 10 milyon avro tələb edir.
Xatırladaq ki, Jovetiç keçən mövsüm “İnter” forması ilə 5 oyunda iştirak edib. “Sevilya”nın heyətində isə 21 matçda iştirak edib, 7 qol vurub və 5 məhsuldar ötürmə edib.


.
.
.
0.31202507019043