“Vardar” futbolçularını mükafatlandırdı

21:49 25-08-2017
“Vardar” futbolçularını mükafatlandırdı

Dünən Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində “Fənərbağça”ya səfərdə 2-1 hesabı ilə (ümumi hesab 4-1) qalib gələn və qrup mərhələsinə vəsiqə qazanan “Vardar”ın futboolçuları klub rəhbərliyi tərəfindən mükafatlandırılıb.
Sportmedia.az xəbər verir ki, rəhbərlik bu qələbə münasibətilə hər bir futbolçusuna “İPhone7” mobil telefonu hədiyyə edib.
Qeyd edək ki, Makedoniya təmsilçisi bu mövsüm Avropa Liqasında L qrupunda - “Zenit” “Rusenburq” “Real” (Sosyedad) ilə eyni qrupda mübarizəyə başlayacaq.


.
.
.
0.32378602027893