“Qalatasaray” o futbolçu ilə maraqlanır

22:54 25-08-2017
“Qalatasaray” o futbolçu ilə maraqlanır

Türkiyənin “Qalatasaray” klubu heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.
Sportmedia.az xəbər verir ki, baş məşqçi İqor Tudor “Roma” klubuna məxsus olan Leandro Kastan ilə maraqlanır.
“Cim Bom”un İtaliya təmsilçisindən transfer şərtlərini soruşduğu bildirilir.
Braziliyalı oyunçunun “Roma” ilə 2019-cu ilədək müqaviləsi var.
Xatırladaq ki, keçən mövsümü icarə əsasında “Torino”da keçirən 30 yaşlı müdafiəçi A Seriada 14 matçda iştirak edib.
Həmçinin, Kastan Braziliya millisinin heyətində 2 oyunda forma geyinib.

rn

 


.
.
.
0.33927989006042