Rəşad Sadıqov ÇL-in tarixinə düşəcək

18:44 26-08-2017
Rəşad Sadıqov ÇL-in tarixinə düşəcək

Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının tarixinə düşəcək.
Sportmedia.az xəbər verir ki, təcrübəli futbolçu eyni mövsümdə Çempionlar Liqasında həm baş məşqçi, həm də futbolçu kimi iştirak edəcək.
Müdafiəçi “Qarabağ”ın kapitanı olmaqla yanaşı, həm də Ağdam təmsilçisinin U-19 komandasının baş məşqçisidir. Ötən il Rəşad Sadıqovun rəhbərliyi altında Azərbaycan çempionu olan “köhlən atlar”ın U-19 komandası da Çempionlar Liqasında mübarizə aparacaq. Sadıqovun rəhbərlik etdiyi komanda “Çelsi”, “Roma” və “Atletiko” klublarının U-19 komandaları ilə qarşılaşacaq.
Bununla da Rəşad Sadıqov Çempionlar Liqasının eyni mövsümündə həm məşqçi, həm də futbolçu kimi iştirak edəcək ilk şəxs kimi tarixə düşəcək.


.
.
.
0.6391019821167