Antonio Konte: "Qarabağ" səfəri ən çətin səfər olacaq"

19:00 26-08-2017
Antonio Konte: "Qarabağ" səfəri ən çətin səfər olacaq"

"Çox çətin qrupdu. Amma belə turnirlərdə hər cür vəziyyətə hazır olmaq lazımdı".
Sportmedia.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın Çempionlar Liqasının (ÇL) qrup mərhələsində rəqibi olan "Çelsi"nin baş məşqçisi Antonio Konte bu gün Londonda keçiridyi mətbuat konfransında bildiirb. Məlum olduğu kimi, bu iki komanda "Atletiko" və "Roma"yla birgə ÇL-in qrupunda C qrupunda yer alıb.
İtaliyalı mütəxəssis qrup haqda indidən birmənalı fikir söyləyə bilməyib: "İndidən demək çətindir ki, yaxşı, yoxsa pis qrupdu. Vacib olan qrupda yaxşı oynamaq lazımdı".
Konte milli komandasının baş məşqçisi kimi ölkəmizə 2 il öncə səfər edərək yığmamıza Bakı Olimpiya Stadionunda rəsmi oyunda 3:1 hesabı ilə qalib gəlib. İtaliyalı çalışdırıcı Sport24.az saytının bununla bağlı sualını cavablandıraraq həmin dövrü xatırlayıb: "Qarabağ" səfəri ən çətin səfər olacaq. Avropa çempionatınln seçmə mərhələsində Azərbaycana qarşı oynamışam. İtaliya millisi ilə Bakıya getmişdik. Çox uzun səyahət oldu. Amma bu vəziyyətlə barışmalıyıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik".


.
.
.
0.45024704933167