“Kalyari”nin transfer planı

00:13 29-08-2017
“Kalyari”nin transfer planı

İtaliyanın “Kalyari” klubu transfer çalışmalarına davam edir.
Sportmedia.az xəbər verir ki, bu haqda goal.com məlumat yayıb.
“Kalyari” heyətinə “Çelsi”dən Loik Remini qatmaq niyyətindədir.
İtaliya təmsilçisi “zadəganlar”a heç bir transfer məbləği ödəmədən bu keçidi reallaşdırmağı hədəfləyir.
Əgər transfer baş tutsa, “Kalyari” Loikə ilk ilində 2 milyon avro, 2020-ci ilə qədər isə hər il 1 milyon avro maaş verəcək.
Əgər Loikin keçidi reallaşmasa, o zaman “Kalyari” Leonardo Pavolettini və ya Mussa Sou transfer edəcək.


.
.
.
0.43764901161194