“Monako” daha bir futbolçu ilə heyətini gücləndirdi

01:12 30-08-2017
“Monako” daha bir futbolçu ilə heyətini gücləndirdi

Fransanın “Monako” klubu “Latsio”dan Keyta Baldeni transfer edib.
Sportmedia.az xəbər verir ki, futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Fransa 1-ci Liqa təmsilçisi oyunçu üçün 5 milyon avro bonus da daxil olmaqla, 35 milyon avro ödəyəcək.
Keyta keçən mövsüm “Latsio” forması ilə 16 qol vurub və 5 məhsuldar ötürmə edib.


.
.
.
0.59293818473816